Arktika: Yeni toqquşma məkanı | VİDEO

 Arktika:  Yeni toqquşma məkanı   | VİDEO
  11 İyul 2025    Oxunub:992
Rusiya Arktikada öz maraqlarını “digər ölkələrin təcavüzkar irəliləyişini nəzərə alaraq” müdafiə edəcək.
AzVision.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov belə açıqlama səsləndirib.

“Siz birmənalı şəkildə bilirsiniz, Arktikada döyüşmək lazım deyil. Arktikada biz əməkdaşlıq etməliyik və həqiqətən də Arktika əməkdaşlıq ərazisi olmalıdır. Bir sıra digər ölkələrin Arktika ilə bağlı kifayət qədər enerjili, belə desək, təcavüzkar iştahalarını nəzərə alsaq, Rusiya orada öz maraqlarını qətiyyətlə müdafiə etməkdə qərarlıdır”, - Kremlin sözçüsü vurğulayıb.

Moskva Makronun iddiasına cavab verib | VİDEO
İyulun 10-da Fransanın Silahlı qüvvələr nazirliyi Arktika üçün regionda təsirini gücləndirmək məqsədi daşıyan müdafiə strategiyasını dərc edib. Sənəddə bildirilir ki, bu strateji qərar Avro-Atlantik regionun təhlükəsizliyi üçün Arktika məsələlərinin əhəmiyyətini artırır və rəqabətin dinamikasını, hərbiləşdirməni və kritik resursların təhlükəsizliyini gücləndirir.

Bu strategiyaya əsasən, Fransa Arktika regionunda öz silahlı qüvvələrini yerləşdirməyi, Aİ və NATO üzvlərinin təsirini saxlamağı, ölkə və Aİ üçün enerji və mədən tədarükünü təmin etməyi planlaşdırır.

Qeyd edək ki, bu gün keçirdiyi brifinqdə Dmitri Peskov, həmçinin Fransa prezidenti Emmanuel Makronun London və Parisin Ukraynada 50 minlik hərbi kontingent yerləşdirə bilməsi niyyəti barədə iddiasına da münasibət bildirib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Frnas   Arktika  



Xəbər lenti